Keşikçi dağ sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə tədbir keçirilib - FOTO

“Keşikçi dağ” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə tədbir keçirilib FOTO

 Azərbaycan Sərhəd Mühafizəsinin təkmilləşdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Dekabr ayının 18-də Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərhədçilərlə çoxsaylı görüşlərindən birinin məhz bu sərhəd zastavasının ərazisində baş tutması, 2005-ci ilin oktyabr ayının 12-də şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması, cənab Ali Baş Komandanın qalxdığı yüksəklikdə sərhədçilər tərəfindən sonsuz ehtiramın və sədaqətin ifadəsi olaraq abidə ucaldılması və həmin zirvənin “İlham Əliyev zirvəsi” adlandırılması açılış mərasimində böyük qürur hissi ilə vurğulanmışdır. “Keşikçi dağ” sərhəd zastavası Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edilmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Müаsir tələblərə cаvаb verən sərhəd zastavasındа şəхsi heyət üçün lаzımi məişət şərаiti оlаn yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilmişdir. Sərhəd zastavasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqlarla tam təmin edilmişdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !