AMEA-nın ilk veb-müxbiri Fəxri Diplom ilə təltif olunub - FOTO

AMEA-nın ilk veb-müxbiri Fəxri Diplom ilə təltif olunub FOTO

Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda www.science.az saytının yaradılmasının 20 illik yubileyi münasibəti ilə AMEA-nın ilk veb-müxbiri Turan Rəhimova “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Turan Rəhimova 1982-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində jurnalistika ixtisası üzrə bakalavr təhsili, 2004-2007-ci illərdə isə Bakı Avrasiya Universitetində beynəlxalq hüquq ixtisası üzrə magistratura təhsili alıb.
O, 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalist kimi əmək fəaliyyətinə başlayıb, science.gov.az veb-portalının ilk müxbiri olub, həmçinin science.gov.az, ict.gov.az veb saytlarına xəbər və informasiyaların toplanması, emal olunması, foto-şəkillərin çəkilməsi və dizayn olunması ilə məşğul olub.
Qeyd edək ki, jurnalist T.Rəhimova hazırda AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsində rəis müavini vəzifəsində çalışır, "Elm və həyat" jurnalının məsul katibidir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !