Şuranın dəstəyi ilə yaradılan E-vətəndaş cəmiyyəti portalı Milli Net 2015 mükafatçıları sırasında -

Şuranın dəstəyi ilə yaradılan E-vətəndaş cəmiyyəti portalı “Milli Net 2015” mükafatçıları sırasında

"Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılan Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Milli İnternet Mükafatı - "Milli Net 2015"- müsabiqəsində "İctimai-sosial saytlar" nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
Portalın gələcək perspektivinə toxunan layihə rəhbəri Cəsarət Hüseynzadə qeyd edib ki, biz portalın QHT nümayəndələri üçün həm texniki imkanlarını artırmaq, həm də ki, portalın fəaliyyət prosesinə VCT nümayəndələrini də cəlb etmək niyyətindəyik.
Məhz bizim QHT-lər üçün əsas ideyamız olan "birbaşa xəbər yayımı", "Saytını qur" kimi devizlərin gələcəkdə daha da effektli olacağına inanırıq. Bu ideya QHT-lər üçün yeni imkanlar açır. Sadəcə olaraq, bu ideya ətrafında VCT nümayəndələri birlikdə fəaliyyət göstərməlidir. Bu təkcə bir xəbər portalı və yaxud elektron baza deyil. Bu QHT-lər üçün kompleks informasiya şəbəkəsidir ki, bu şəbəkəyə vaxtaşırı yeni funksiyalar əlavə edilə bilər. Məhz müsabiqədə iştirakda da əsas məqsədimiz və arzumuz ondan ibarət idi ki, bu prinsiplər münsiflər tərəfindən nəzərə alınsın.
Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalın rəhbəri Cəsarət Hüseynzadə qeyd edib ki, buna baxmayaraq, cari ilin sentyabr ayından fəaliyyət göstərən bir sayt üçün bu nəticəni qənaətbəxş hesab etmək olar.

Qeyd dək ki, Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində 2015-ci ildə yaradılıb.
E-vətəndaş cəmiyyəti portalı QHT-lərin e-bazası və xəbərlər bölümündən ibarətdir. Sayt QHT-lərə mustəqil subdomen verir ki, onlar bu bazaya özləri haqqında informasiyaları, digər foto və video materialları daxil etsinlər. Bu informasiyaları QHT-nin subdomenli səhifəsi ilə yanaşı, portalın da müvafiq bölmələrinə yerləşir. Portalda formalaşdırılan e-bazada isə QHT-lər 24 kateqoriyalar üzrə yerləşdirilib. E-bazaya 300-dən artıq QHT haqqında informasiya və digər materiallar daxil edilib. Portal nümayəndələri və QHT nümayəndələri tərəfindən portalda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə bağlı gündəlik informasiyalar yerləşdirilir.
Portalın ən böyük üstünlüyü ondan ibarədir ki, QHT nümayəndələri öz informasiyaları birbaşa bu sayt vasitəsi ilə yaya bilir, təşkilat haqqında olan digər məlumatları da bazaya yükləyə bilirlər.
"Milli Net 2015" qaliblərinin adları 17 dekabr tarixində Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasimində açıqlanıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !