Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə bağlı tədbir keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə bağlı tədbir keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə rayon Gənclər və İdman idarəsinin, Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə bağlı rayon ərazisində yerləşən Fövqalədə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən zabit və əsgərlər üçün bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə h/h komandirinin psixoloji təminat üzrə müavini, mayor S.Bəhramov açaraq zabit və əsgərləri komandanlıq adından təbrik etdi və Fövqalədə Hallar Nazirliyinin yaradılması barədə danışdı.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək idarənin kollektivi adından h/h bütün şəxsi heyətini təbrik etdi və onlara xidmətlərində uğurlar arzuladı.
Bərdə rayon mədəniyyət mərkəzinin “Qarabağ” ansamblının ifasında səslənən müğamlar, xalq və bəstəkar mahnıları alqışlarla qarşılanıb.
Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydin Qasımov şəxsi heyətin iştirakı ilə “Vətənimiz Azərbaycan” mövzusunda intellektual viktorina keçirmiş, suallara düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim olunub.
Yubiley münasibətilə bir qrup zabit Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif olunublar.
Sonda h/h komandirinin psixoloji təminat üzrə müavini,mayor S.Bəhramov çıxış edərək qonaqlara şəxsi heyət adından minnətdarlığını bildirdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !