ADU-nun Debat klubu çempion olub -

ADU-nun “Debat” klubu çempion olub

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Debat” klubu “Ekologiyanın çirklənməsi təbii prosesdir” mövzusunda keçirilən açıq turnirdə çempion olub. Belə ki, ADU və Qərb Universitetinin “Debat” klublarının təşkilatçılığı ilə Qərb Universitetində baş tutan açıq turnirdə universiteti 2 komanda təmsil edib. 13 universitetdən 36 komandanın iştirak etdiyi turnirdə ADU komandalarından biri yarımfinal mərhələsinə qədər yüksəlib, digəri isə final mərhələsini oyunun çempionu olaraq başa vurub.
Eyni zamanda Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi, “Debat” klubunun sədri Ləman Ələsgərova 25 hakim arasında keçirilən turnirdə “Ən yaxşı hakim” adı qazanıb.
Onu da bildirmək yerinə düşər ki, universitetin “İntellektual” klubu da 40-dan çox komanda arasında keçirilən yarışda III yerə sahib olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !