Bakutel 2015 sərgisi -

Bakutel 2015 sərgisi

Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev Bakutеl 2015 sərgisinin ekspozisiyaları ilə tanış oldu.

 

 

Təntənəli açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti olaraq icra edən Ramin Quluzadə Azərbaycanda İT sənayesinin inkişafı üzrə proqramların həyata keçirilməsinin bariz göstəricisi olan Bakutel 2015 sərgisinin əhəmiyyətini vurğuladı.

 

 

Ümumilikdə, sərgidə dünyanın 21 ölkəsindən 203 şirkət ən son nailiyyətlərini ziyarətçilərə təqdim etdi. Sərginin iştirakçıları arasında ACER, Avirtel, Azercell Telecom, Azerkosmos, Azerfon, Azqtel, Airbus, Bakcell, BestComp Group, CISCO, Delta Telecom, Digital Source, HP, Huawei, IBM, LENOVO, R.I.S.K. Company, SAP, SINAM, Smart Systems Technology, Softline International, Schneider, Sumqayıt Texnologiyalar Parkı, Teleradio, Ultra Technologies, ZTE və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distribyutorları var idi.

 

 

Bakutel 2015 sərgisinə göstərdiyiniz marağa görə Sizə öz minnətdarlığımızı bildirir və növbəti 2016-cı il 30 noyabr - 3 dekabr tarixlərində yolunuzu gözləyirik!
 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !