Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun final mərhələsi keçirildi - FOTO ( AZpress.AZ- İlkin Həmidov)

Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirildi FOTO ( AZpress.AZ- İlkin Həmidov)

11 dekabr tarixində Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirildi.
Ümumilikdə rayonun 192 yuxarı sinif şagirdinin iştirakı ilə 32 orta məktəb komandası çempionluq uğrunda mübarizə aparıb, turnirin final mərhələsinə 9 məktəbin komandası vəsiqə qazanıb.
İntellektual oyunda rəmzi olaraq işğal altında olan Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının adını daşıyan komandalar onlara verilən suallara məhdud vaxt ərzində düzgün cavab tapmaqla mübarizə aparıblar.
Final mərhələsində birinci yeri 297 saylı tam orta məktəbin, ikinci yeri 313 saylı tam orta məktəbin və üçüncü yeri 126 nömrəli tam orta məktəbin komandaları qazandılar. Qalib gələn komandalara hədiyyə və diplomlar təqdim edildi.
Mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ulu Öndərin həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən, ölkədə həyata keçirilən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən danışdı. Vurğulandı ki, ulu öndər Heydər Əliyev memarı və qurucusu olduğu Azərbaycan dövlətinin inkişafına verdiyi misilsiz töhfələrə görə xalqın qəlbində ümummilli liderlik zirvəsinə yüksəlib.
Sonda turnirin qalibi olan məktəblərin komandaları ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısında ucaldılan abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildirdilər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !