Azərbaycan Dillər Universitetinin tələbələri ÇXR səfirliyində keçirilən bayram tədbirində iştirak etdilər -

Azərbaycan Dillər Universitetinin tələbələri ÇXR səfirliyində keçirilən bayram tədbirində iştirak etdilər

Dekabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan bir qrup tələbəsi və müəllimlər Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandaki səfirliyində təşkil olunmuş Ənənəvi Çin Yeni ili- Bahar bayramı adlı tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən universitetin Çin dili və mədəniyyət mərkəzinin müdiri, professor Rafiq Abbasov Çin diplomatlarını bu bayram münasibəti ilə təbrik etdi. Rəhbərlik etdiyi mərkəz haqqında məlumat verərək mərkəzdə Çin dilinin tədrisi, Çinin tarixi və mədəniyyəti ilə bağlı mütəmadi olaraq tədbirlərin təşkil olunduğunu bildirdi. Rafiq Abbasov Milli Məclisin deputatı, professor Səməd Seyidovun universitetdə Konfutsi İnstitutunun yaradılmasında fundamental rolu olduğunu, həmçinin ADU-nun Çinin Xuçjou Universiteti ilə tərəfdaşlıq etdiyini də qeyd etdi. Sonra ADU-nun tələbələri rəngarəng bədii proqramla tədbirdə çıxış etdilər. Onlar “Sən mənim mahnımsan”, “Böyük Çin”, “Ay rəqsi” Çin xalq mahnıları və rəqslərı ifa etdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !