Minə Türksoy: - Sən elə bir zirvəsən !

Minə Türksoy: Sən elə bir zirvəsən !

Dövlətin yaranması , dünyaya tanınması üçün şəxsiyyət çox önəmlidir . Bu öz dövlətini yaradan ölkələr üçün daha xarakterikdir . Çünki bu şəxsiyyətlər öz dövlətini dövrün , zamanın ölçülərinə ayarlaya bilirlər . Bu şəxsiyyətlər xalqına böyük xidmətlər göstərərək tarixdə yaşayırlar . Azərbaycanın bir çox şəxsiyyətləri var ki , ulu və əvəz olunmazdır . Belə şəxsiyyətlərdən biridə Heydər Əlirza oğlu Əliyevdir . O , dünən də , SSRİ məkanında olarkən də öz şəxsiyyəti ilə tarixdə böyük rol oynamışdı . Onun hakimiyyətə gəlişi ilə Azərbaycanın həyata dönüşü baş verdi . Hər kəsin gözlədiyi o an gəldi , hakimiyyətə ulu öndər H . Əliyevin gəlişi ilə xalq sanki bataqlıqdan çıxdı . O hər zaman xalqını sevmiş , xalqına sadiq bir rəhbər olmuşdu . Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi , doğma xalqının xoşbəxtliyi üçün çırpınıb . Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib , ölkəsini bəlalardan qurtarmağı bacarıb .
Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlərindən istifadə edərək Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini öncədən müəyyən edir , milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyini nümayiş etdirir , tam qətiyyətlə hərəkət etməyi bacarırdı . Heydər Əliyev qeyri-adi nitqi ilə böyük təsir gücünə malik idi . Onun məruzə və çıxışları fəlsəfi və siyasi dünya görüşündəki dərinliyin və genişliyin evəzolunmaz möhürüdür.
Azərbaycan dövlətinin başçısı , Azərbaycan Respublikasının prezidenti kimi dövlətçiliyimizin çoxəsirlik tarixində Heydər Əliyevin müstəsna yeri vardır . Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox - çox kənarlara çıxır . Müasir dövrdə nəinki Azərbaycanda hətta bütün postsovet məkanında , eləcədə dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi .
Heydər Əliyevöz parlaq siyasi zəkası və istedadı ilə yeni , müstəqil Azərbaycanı yaratdı . Elə buna görə də Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonraki dövr milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir .O zəmanəmizin böyük filosofu idi və mütəfəkkiri idi . H. Əliyevin formalaşdırdığı , inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib milli dövlətçiliyimizin bünövrəsini qoymuşdu .
Dünya ictimaiyyəti Heydər Əliyevi neçə illərdi ki, Azərbaycan xalqının milli lideri kimi tanıyıb.Onun qurduğu dövlət , olkənin iqtisadi, ictimai,mənəvi- ideoloji həyatında oynadığı həlledici rol gənclər üçün böyük siyasi dayaqdır.
Hesab edirik ki, bizim üçün Heydər Əliyev şəxsiyyəti örnək rolunu oynamalıdır. Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev məğrurluğunu duymaq, geniş xalq kütlələrinə çatdırmaq üçün hələ çox iş görməliyik. Biz xalqımızın gələcəyi naminə Heydər Əliyev fenomenindən, onun nüfuzundan, hər bir uğurlu siyasi addımından düzgün istifadə etməliyik.
Heydər Əlirza oğlu Əliyev böyük fenomen.Onun haqqında nə qədər danışsaq,nə qədər yazsaqda bitib tükənmək bilmir.O bir xalq eposudur.O bir anın içində tərk etdi dünyamızı. Bizi kədərə qərq etdi. Onun vəfatı Azərbaycan xalqının çox böyük itkisi oldu.O bizim üçün əfsanəvi bir şəxsiyyətdir.Onun özü kimi, əməlləri , xidmətləri də ağlasığmaz , ölçüyəgəlməzdir.O xalqı üçün çalışdı.Onun müstəqilliyini nəyin bahasına olur olsun saxladı və bu yolda əlindən gələnləri etdi.
Ümummilli liderimizin ölümü , onun yoxluğu bizi çox üzdü.Bu itkiyə yalnız Azərbaycan xalqı deyil bütün dünya ağladı.Xalq həmişə onu sevgi və məhəbbətlə xatırlayacaq.O bizim üçün həmişə xatırlanacaq bir əfsanə olacaq.Ümummilli liderimiz Allah sənə rəhmət eləsin.Biz sənin dəyərli kəlamlarını hec bir zaman unutmayacağıq.


Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edibsə, mən son damla qanıma qədər onunla mübarizə aparacağam.Azərbaycanın dövlətçiliyiniin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də , bir prezident kimi durmuşam , duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram.


  Heydər Əliyev.

 


Minə Türksoy
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !