Günəşli yatağında həlak olanların xatirəsi Moskvada anılıb - FOTO

“Günəşli” yatağında həlak olanların xatirəsi Moskvada anılıb FOTO

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsi Rusiyanın paytaxtında da anılıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısına gələnlər arasında səfirliyin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD), Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının nümayəndələri var idi. Onlar faciəli hadisə barədə məlumatların yerləşdirildiyi lövhənin qarşısına gül dəstələri, neftçi dəbilqələri qoyublar.

Çıxış edənlər faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.AZƏRTAC  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !