Samirə: - Özümüzə hörmət edək və qiymətləndirək

Samirə: Özümüzə hörmət edək və qiymətləndirək

Fransada bir terror oldu deyə profilinə fransız bayrağı qoyanlar, Fransaya dərin hüzünlə başsağlığı verənlər, indi bizim öz millətimizin o başsağlığına ehtiyacı var, özümüzün bayrağımızı profilə qoymağa ehtiyacımız var. Niyə heç kim Fransaya kədərləndiyi qədər öz neftçilərimizə də heyfslənmir? Çünki onlar bizim gözümüzdə elit fransız xalqıdır, lakin neftçilərimiz isə kasıb fəhlələr? Yəni bunların canı can deyilmi? Yoxsa bir fransız bizim nefçilərimizdən dahamı dəyərlidir? Bəlkə də onlar özlərinə dəyər verdikləri üçün biz də onlara dəyər veririk, ən azından bunu özümüzə borc bilirik, həmin an insanıq fərqi yoxdur, hansı millət olur- olsun deyib, insanlığımızı yadımıza salırıq. Amma biz özümüz- özümüzə dəyər verə bilmirik, öz acımızda insanlığımızı yadımıza sala bilmirik. Çünki biz hər kəsə can yandıran, amma özünü fəda edən müsəlmanlarıq. Bir xristianın ayağına daş dəysə 3 gün matəm edirik. Amma dünyada müsəlmanlar qırılır, amma heç kimin vecinə də deyil, bilirsiz niyə? Çünki artıq öyrəşmişik müsəlmanların başlarına faciələrin gəlməsinə, bizə qeyri - adi gəlmir. Amma biz də bir olsaq, inkişaf etsək, dünyada sözümüzü deyə bilsək, dinimizin ən qüdrətli din olduğunu cahilcəsinə yox, elmi cəhətdən sübut edə bilsək və içimizdə bir - birimizi qırmasaq, o zaman bizə də hörmət edərlər. Bizim də bayrağımızı profilə qoyan ölkələr olar, bizə də profilində başsağlığı verən ölkələr olar. Axı Azərbaycan heç də cılız bir dövlət deyil, nefti, qazı, qızılı və bir çox təbii sərvəti olan zəngin bir dövlətdi. Və rəhmətə gedənlər və yaxud hələ cəsədləri belə tapılmayıb Xəzərin sularında itkin düşənlər də elə o Neftçilərdir. Axi bizim neftimizin çıxarılmasında onların böyük əməyi var, bu gün onlara hörmət etmək də bizim borcumuzdur. Biz hörmət etməliyik ki, başqaları da hörmət etsinlər. Amma bu 2 gündə mən heç kimin profil şəklində bayrağımızı görmədim. Heç kim xalqımıza başsağlığı vermirdi, hərkəs öz işiylə məşğul idi, sanki heç nə olmamış kimi. Görəsən biz nə vaxta kimi özümüzə qarşı bu qədər laqeyd olacağıq? Nə qədər vaxt insanlarımızın canı dəyərsiz, ölümləri ucuz olacaq! Dövlət bir günlük matəm elan elədi və ölənlərin ailələrinə bir miqdar pul ayırdı, sanki bununla hər şey bitdi. Heç bir aidiyyatı qurumlar məsuliyyətə cəlb olunmadı, təbii hadisəydi deyib üstündən keçildi. Axi, təbii hadisə zəlzələ, vulkan olur. Partlayış, yanğın təbii hadisə sayılmır. Əgər küləyin və dalğanın təsiri nəticəsində yanğın, partlayış olubsa, deməli, orada düzgün olmayan, bərpası ləngimiş bir detal olub və onun təmirə ehtiyacı olduğu halda nəzarət edilməyib. Bu da təbii fəlakət deyil, məsuliyyətsizlik nümunəsidir. Amma nə olsun, bizim üçün yanğın da təbii hadisədir, partlayış da. Necə ki, bir neçə ay əvvəl bina yananda jek müdirini tutdular. Bizim üçün elə o da "təbii hadisəydi". Və sonda ümid edirəm ki, həqiqi və süni təbii hadisələrdən uzaq olaq. 

 

 

Samirə

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !