Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Günəşli yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olmuşdur - FOTO+VİDEO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olmuşdur FOTO+VİDEO

Dekabrın 7-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olmuşdur. Əraziyə baxış keçirən nazir baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olmuşdur.
Sonra nazir Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış qərargahda birgə müşavirə keçirmiş, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə etmişlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !