ADU-da Konfutsi İnstitutlarının qlobal şəbəkəsi: - : müasirlik və tarix adlı tədbir keçirildi

ADU-da “Konfutsi İnstitutlarının qlobal şəbəkəsi: : müasirlik və tarix” adlı tədbir keçirildi

8 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə ADU-da Konfutsi İnstitutunun yaradılması layihəsinin yekunlarına həsr olunmuş “Konfutsi İnstitutlarının qlobal şəbəkəsi: müasirlik və tarix” mövzusunda tədbir keçirildi.
Öncə "Günəşli” yatağının 10-cu platformasında baş verən yanğında həyatını itirən neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığı barədə məlumat verdi. O, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri zamanı iki ölkə arasındakı humanitar əlaqələrin inkişafı üçün imzalanan razılaşmaların əhəmiyyətindən söz açdı.
Rafiq Abbasov Konfutsi İnstitutlarının təhsil, mədəniyyət və maarifləndirici fəaliyyətləri barədə məlumat verdi. O, mərkəz ilə birgə Konfutsi İnstitutunu yaratmaq üçün Çində ölkənin dövlət dilinin yayılması istiqamətində Çin Dövlət Dəftərxanası (Hanban) və ADU rəhbərliyi arasında müqavilənin imzalanmasını bildirdi.
Rafiq Abbasov universitetin professor-müəllim heyəti və Çinşünaslıq ixtisasının tələbələri adından fəaliyyəti ilə Azərbaycan və Çin arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək Konfutsi İnstitutunun yaradılması istiqamətində ADU-nun sabiq rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun gördüyü işlərdən danışdı, qayğı, dəstək və yardımlarını əsirgəmədiyi üçün ona dərin təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən ADU-nun Çin dili müəllimləri Könül Abbasova və Ayguli Imamxaci Çin dili, həmçinin mədəniyyətinin təbliğində Hanbanın fəaliyyəti, eyni zamanda Konfutsi İnstitutunun yaradılması üzrə ADU-nun rəsmi tərəfdaşı olan Xuçjou Universiteti haqqında məlumat verdilər.
ADU-nun Avstriya mübadilə xidmətinin Bakı İnformasiya Mərkəzinin rəhbəri Səfa Əliyeva təşkilatın beynəlxalq elmi və mədəni mübadilə, təhsil sahəsində inteqrasiya proseslərinə yardım etməsi barədə danışdı.
Tədbirin sonunda ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri tərəfindən “Ürək səsi” və “Çane” Çin rəqsləri ifa olundu.
Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri cənab Cen və müşavirin köməkçisi cənab Li, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq şöbəsinin əməkdaşı Qənirə Quliyeva, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, həmçinin çinli tələbələr iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !