İstedat axtarışında" məktəblilərarası müsabiqənin keçirilməsi -

“İstedat axtarışında" məktəblilərarası müsabiqənin keçirilməsi

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “İstedat axtarışında" məktəblilərarası müsabiqənin keçirilməsi adlı layihənin icrasına başlanmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Həsənova Günel Xəqani qızı tərəfindən icra olunur, 01.12.2015-ci il tarixdən etibarən həyata keçirilir və 3 ay müddətində davam edəcəkdir. 
Layihənin əsas məqsədi rayonun kənd məltəblərindən olan yuxarı sinif şagirdləri arasında, tariximizi, milli mənəvi dəyərlərimizi, dövlətçiliyimizi təbliğ edəcək şeir, inşa və rəsm kimi qabiliyyət müsabiqəsinin keçirilməsidir.
Layihənin rəhbəri Günel Həsənovanın verdiyi məlumata milli-mənəvi dəyərlərin, dövlətçiliyin təbliği hələ tam formalaşmamış yeniyetmələr üçün az maraq doğura bilər, ancaq həyata keçirəcəyimiz layihə bu prosesin sağlam intellektual rəqabət mühitində aparılacağı halda, daha səmərəli nəticələr əldə ediləcəyini iddia etməyə əsas verir.
Günel Həsənova həmiçinin onu da bildirdi ki,
- şagirdlərin dünyagörüşünün genişlənməsi,
- maraq dairələrinin artırılması;
- qabiliyyət və bacarıqlarının ortaya çıxarılması;
- onların zərərli vərdişlərdən çəkindirilməsi;
- milli vətənpərvərlik hislərinin formalaşdırlması;
- bacarıq, qabiliyyət və dünyagörüşü səviyyəsinin üzə çıxarılması əsasında ayrı-ayrı məktəblərdə təhsilin keyfiyyəti barədə ümumi mülahizələr əldə edilməsi layihənin icrasə zamanı əldə olunacaq əsas nəticələr olacaqdır.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !