Dekan Müasir dünya düzənində dəyişən geosiyasi reallıqlar mövzusunda mühazirə oxudu -

Dekan “Müasir dünya düzənində “dəyişən geosiyasi reallıqlar”” mövzusunda mühazirə oxudu

7 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomat klubunun sədri Ramin Həbibzadənin təşəbbüsü ilə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev tələbələrə “Müasir dünya düzənində “dəyişən geosiyasi reallıqlar”” mövzusunda mühazirə oxudu.
Geosiyasət elmi haqqında tələbələrə qısa məlumat verən fakültə dekanı Anar Nağıyev dünyada ən yüksək siyasi quruluşun dövlət olduğunu qeyd etdi. Dosent Anar Nağıyev amerikalı yazıçı Farid Zakarianın “Dövlətin dəyişməsi nəzəriyyəsi”ni xatırladaraq burada Qərb sivilizasiyasının dirçəlişi, ABŞ-ın dirçəlişi və müasir dövr haqqında məlumatların olduğunu tələbələrin diqqətinə çatdırdı. Vyana və Versal konfranslarından söz açan fakültə dekanı həmin dövrlərdə olan hadisələr haqqında da geniş danışdı. O, həmçinin SSRİ-nin süqutundan sonra olan dəyişikliklər, son 25 ildə baş verən mühüm hadisələr, Avroasiya regionu, 2000-ci illərdən sonrakı vəziyyət barədə tələbələrə məlumat verdi.
Sonda mövzu ilə bağlı müzakirələr aparıldı.
Görüş sualların cavablandırılması ilə başa çatdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !