BU GÜN AQRAR UNİVERSİTETDƏ BÜTÜN DƏRSLƏR BİR DƏQİQƏLİK SÜKUTLA BAŞLAYIB - FOTO

BU GÜN AQRAR UNİVERSİTETDƏ BÜTÜN DƏRSLƏR BİR DƏQİQƏLİK SÜKUTLA BAŞLAYIB FOTO

Azərbaycan Dövlət Aqrar Universitetin bütün fakültə və ixtisaslarında bu gün dərslər Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın zamanı həlak olanların xatirəsinin anılması ilə başlayıb.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, dənizdə həlak olanların ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Universitetin Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov deyib ki, çətin hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülən tədbirlər nəticəsində 32 nəfər xilas edilib. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.
ADAU-nun kollektivi adından qəzada həlak olanların və itkin düşənlərin ailələrinə baş sağlığı verilib, Allahdan səbr arzulanıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !