Cəbhə bölgəsində gənc sahibkar və fermerlər biznes bacarıqlarına yiyələniblər - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Cəbhə bölgəsində gənc sahibkar və fermerlər biznes bacarıqlarına yiyələniblər FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Azərbaycan Respublikasının Prezidenti Gənclər Fondunun dəstəyi ilə "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc sahibkarların və fermerlərin biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Füzuli rayonunun Əhmədbəyli kəndində və Qayıdış-4 qəsəbəsində gənclər biznes bacarıqları mövzusunda növbəti təlimlər təşkil edilib.
Təlimin açılış mərasimində layihə rəhbəri Zaur Quliyev ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan, habelə təlimin məqsəd və vəzifələri haqqında öz fikirlərini bildirmişdir.
Daha sonra təlimçi Asif Quliyev tərəfindən təlimdə müzakirə olunacaq mövzular haqqında qısa məlumat verib.
Təlimin gedişi zamanı təlimçi tərəfindən gənclərə məqsədin təyin olunması, motivasiya və özünəinam, biznes ideyalarına başlamaq üçün başlanğıc dəstək, biznes ideyasının yaradılması, istehsalat planı, biznes fəaliyyətinə başlamağın hüquqi əsasları, biznes-plan və onun bölmələri və tərtib edilmə metodikası haqqında ətraflı məlumatlar verilib, bilik və bacarıqlar formalaşdırılıb və müxtəlif biznes ideyaları seçərək əldə edilən nəzəri bilikləri qrup işləri vasitəsilə praktiki formada təqdim etmişlər. Seminarın sonunda gənclərı maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb, sertifikatlar təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi yeni innovativ metodlar vasitəsilə kənd yerlərində yaşayan gənc sahibkar və kiçik fermerlərin kənd təsərrüfatı məsləhət və informasiya xidmətlərinə çıxışının artırılması və məşğulluq imkanlarının gücləndirilməsinə dəstək verilməsi təşkil edir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dəstək xarakteri daşıyır.



Elgün Gəncimsoy, Füzuli
AZpress.AZ

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !