Şirin xanım Kərimbəyli Şadiman: - NEFTÇİLƏR

Şirin xanım Kərimbəyli Şadiman: NEFTÇİLƏR

NEFTÇİLƏR

Həyatını dəmir dirəklər üstündə keçirən,
Xəzərin qorxunc fırtınalarına sinə gərən
aslan ürəkli dəniz neftçilərinə!
(Mən sizin şəninizə tərif yox , gördüklərimi yazdım,
əziz neftçilər, Allah Xəzərdə həyatını itirənlərə
rəhmət etsin!)

 


Hansı şəhər bənzər Neft Daşlarına?
Oxşar göy ləpələr göz yaşlarına,
Dönər şah Xəzərin sirdaşlarına,
Şirin xəyallara dalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 

Taleyi asılı dirəklər üstə,
Yatır min bir möhnət ürəklər üstə,
Tufanlar əridən diləklər üstə,
Dənizi ram edər, alar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 

Qopan fırtınadan qorxuları yox,
Gecə növbəsində yuxuları yox,
Əzabları sonsuz, qayğıları çox,
Xəzərə qələbə çalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 

Burada hər tale dirəyə bağlı,
Dənizlə döyüşmək ürəyə bağlı,
Ömrün hər bir anı fələyə bağlı,
Qartal tək zirvələr çalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 

Ah, Xəzri coşanda Xəzər şir olar,
Aslan dalğalarla o əlbir olar,
Sanki dünya qopar, yer-göy bir olar,
Ölümlə üz-üzə qalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 

Evinə sağ dönmək tək umacağı,
Balayçın alışar yanar qucağı,
Yadına düşəndə isti ocağı…
Kövrəlib bulud tək dolar neftçilər.
Dünyanı heyrətə salar neftçilər.

 

Fırtına yalquzaq canavar tək ac,
Əlinə keçənə heç verməyir bac,
Hər ürək bir damcı ümidə möhtac,
Qorxunun sinəsin talar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 

Cahanda nə çatar halal zəhmətə?
Mərdanə ömürə, namus, qeyrətə,
Ucalıq gətirər bütöv millətə,
Qazi də, şəhid də olar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 

Şadiman, gah Xəzri, gah da meh əsər,
Gah da fırtınalar yolları kəsər,
Evdə də ürəklər işə tələsər…
Köksünə od-alov qalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

 


22.09.1998
Şirin xanım Kərimbəyli Şadiman

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !