Masallıda 1 dekabr Ümumdünya QİÇS- lə Mübarizə Gününə həsr olunmuş aksiya - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda 1 dekabr Ümumdünya QİÇS- lə Mübarizə Gününə həsr olunmuş aksiya FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Dekabrın 4-də Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və QİÇS- lə Mübarizə Mərkəzi tərəfindən “ Avropa İİV-ə testləşmə həftəliyi ” çərçivəsində Gənclər Mərkəzində Masallı Regeonal Kollecinin tələbələri arasında 1 dekabr Ümumdünya QİÇS- lə Mübarizə gününə həsr olunmuş aksiya keçirilmişdir .

AZpress.AZ - ın müxbirinin Masallıdan verdiyi xəbərə görə tədbiri giriş sözü ilə Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov açdı . İİV/QİÇS- lə mübarizənin gücləndirilməsi , gənclərin öz İİV- statusuna dair məlumatlandırılması , biliklərin artırılması , yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi , İİV- lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə keçirilən tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov , Respublika QİÇS- lə Mübarizə Mərkəzinin Lənkəran regional labaratoriyasının müdiri Rəmiəli İbişov , “ İnkişaf ” Sosial dəstək ictimai birliyinin sədri Füzuli Abıyev tələbələrdən Röyalə Hüseynova və başqaları çıxış etmişlər .

Daha sonra İİV/QİÇS statusunu müəyyən etmək məqsədilə QİÇS- lə Mübarizə Mərkəzinin həkimləri tərəfindən Masallı Regional Kollecinin tələbələri könüllü və anonim qaydada ekspress-testən keçirlərək,onlara İİV/QİÇS-in ötürülmə yolları və profilaktikası barədə məlumat verildi.T ədbirin sonunda gənclərə mövzu ilə əlaqədar hazırlanmış bukletlər paylanıldı .

 



Fotolar Oqtay Mütəllmovundur.


AZpress.AZ -
Masallı,
Müxbir Əlihüseyn Şükürov . 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !