ADU-da Sehirli bayram adlı tədbir keçirildi - FOTO

ADU-da “Sehirli bayram” adlı tədbir keçirildi FOTO

4 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız və İtalyan dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə Milad bayramına həsr olunmuş “Sehirli bayram” adlı tədbir keçirildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən Fransız və İtalyan dillərinin tərcüməsi kafedrasının müdiri Səbinə Mahmudova tədbir iştrakçılarını salamladı. O, tədbirin proqramı haqqında qısa məlumat verdi.
Sonra çıxış edən İtaliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Culiya Qullotti Milad bayramı ərəfsində keçirilən bu tədbirdə iştirak etdiyi üçün şad olduğunu bildirdi. O, ADU-da italiyan dilinin tədris olunmasını yüksək qiymətləndirdi və bunun sevindirici hal olduğunu bildirdi.
Azərbaycanlı və italyan qonaqların iştirak etdiyi tədbirdə fransız və italyan dili üzrə təhsil alan tələbələrin ifasında “Parole, parole” , “Lasciatemi cantare” azyaşlı italyan dili həvəskarlarının ifasında “Ci vuole un fiore” musiqi nömrəsi təqdim olundu.
Sonra M.F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” adlı komediyasının bir neçə səhnəsi tələbələr tərəfindən italyan dilində səhnələşdirildi.
Sonda “Festa magica” (Sehirli bayram) adlı teatr səhnəsinin italyan dilində təqdimatı keçirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !