ADU-da 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə günü adlı tədbir keçirildi - FOTO

ADU-da “1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə günü” adlı tədbir keçirildi FOTO

3 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı və ADU Tələbə Gənclər Təşkilatının (TGT) “Sağlamlıq” klubunun yaxından iştirakı ilə “1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə günü” adlı tədbir keçirildi.
Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən, doktor Vazeh Əsgərov, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova, Regionar Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova, İctimai səhiyyə və islahatlar mərkəzinin İctimai əlaqələr üzrə mütəxəssisi Səadət Hənfəyeva, Ombudsman aparatının şöbə müdiri Yeganə Cəfərova, Aqra elmə və təhsilə dəstək İctimai Birliyinin idarə heyətinin sədri Mirələkbər Seyidov, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin əməkdaşı Azər İsrafilli, o cümlədən universitetin tələbələri iştirak edirdilər. Sədaqət Musayeva tədbirin təşkilində yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi. QİÇS-in yaranma tarixi haqqında məlumat verən Sədaqət Musayeva müasir tibb eliminin son dərəcə böyük nailiyyət qazanmasına baxmayaraq hələ də İİV və QİÇS xəstəliyinin effektiv müalicəsinin dönüş yaradan bir yolunu tapa bilmədiyini təəssüf hissi ilə qeyd etdi.
Sonra tələbələr arasında mövzuya aid keçirilmiş sorğudan videoreportaj nümayiş olundu.
Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdi. O, məhdud yollarla yayılan bu virusdan qorunma yollarını iştirakçıların nəzərinə çatdırdı, tələbələrə universitetdə mərkəzin könüllü olaraq qan nümunəsi alan briqadasında yoxlanmadan keçmələrini məsləhət gördü.
İİV və QİÇS infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarrifləndirici tədbirlərin keçirildiyini qeyd edən Ombudsman aparatının şöbə müdiri Yeganə Cəfərova universitetlərdə bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğuladı və bunun ali təhsil ocağının tələbələrinin sağlamlığına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu bildirdi.
Tədbirdə ssenarisi Sədaqət Musayevaya məxsus olan “İtirilmiş həyatlar” əsərindən səhnəcik göstərildi. Səhnəcikdə QİÇS-ə yoluxmuş iki gəncin ibrətamiz həyat hekayəsindən bəhs olunurdu.
Daha sonra çıxış edən professor Ələddin Əliyev və doktor Vazeh Əsgərov, dosent Sevda Zamanova tədbir haqqında fikirlərini bildirərək hazırki dövrün gündəmində olan bu aktual problem haqqında bu cür maarifləndirici tədbirlərin keçirilməsini təqdirəlayiq olduğunu vurğuladılar.
Sonda İctimai səhiyyə və islahatlar mərkəzinin İctimai əlaqələr üzrə mütəxəssisi Səadət Hənfəyeva tələbələrə daim müayinədən keçmələrini, sağlamlıqlarını nəzarətdə saxlamalarını, səhhətlərinin qayğısına qalmaqlarını tövsiyyə etdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !