Şuranın dəstəyi ilə yaradılan portal Milli Net 2015 müsabiqəsinin 1-ci mərhələsini uğurla keçib -

Şuranın dəstəyi ilə yaradılan portal Milli Net 2015 müsabiqəsinin 1-ci mərhələsini uğurla keçib

“Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılan Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Milli İnternet Mükafatı - Milli Net 2015-in nominantı seçilib.

Bu barədə məlumat verən portalın rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, onların da iştirak etdiyi müsabiqəyə 374 sayt təqdim edilmiş və onlardan yalnız Qaydalara uyğun olan 299 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb. Bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər.
Cəsarət Hüseynzadə qeyd edib ki, Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı da 2-ci qiymətləndirmə mərhələsində mübarizə aparacaqdır.
Səsvermənin 2-ci mərhələsi 13 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.
.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin Baş sponsoru Azercell şirkətidir. Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Qeyd edək ki, Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində 2015-ci ildə yaradılıb.

E-vətəndaş cəmiyyəti portalı QHT-lərin e-bazası və xəbərlər bölümündən ibarətdir. Sayt QHT-lərə mustəqil subdomen verir ki, onlar bu bazaya özləri haqqında informasiyaları, digər foto və video materialları daxil etsinlər. Bu informasiyaları QHT-nin subdomenli səhifəsi ilə yanaşı portalın da müvafiq bölmələrinə yerləşir. Portalda formalaşdırılan e-bazada isə QHT-lər 24 kateqoriyalar üzrə yerləşdirilib. E-bazaya 300-dən artıq QHT haqqında informasiya və digər materiallar daxil edilib. Portal nümayəndələri və QHT nümayəndələri tərəfindən portalda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə bağlı gündəlik informasiyalar yerləşdirilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !