Ağdam gəncləri intellektual layihədə fəal iştirak ediblər - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdam gəncləri intellektual layihədə fəal iştirak ediblər FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdam şəhər 18 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində rayon seçim turu təşkil edilib. Gənclər tərəfindən maraqla qarşılanan tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə həyata keçirilən gənclər siyasəti, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib.
Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov və Təhsil Şöbəsinin məsul nümayəndəsi Xalıqverdi Cəfərov da öz çıxışlarında layihənin gənclər arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından böyük önəmə malik olduğunu qeyd edib.
Tədbir 8 komandanın iştirakı ilə milli mövzularda olan suallardan ibarət “Nə? Harada? Nə zaman?” formatında intellectual turnirlə davam edibdir. Gərgin mübarizə şəraitində baş tutan turnirdə “Qarabağ” və “Zirvə” komandaları 8 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.

 

Elgün Gəncimsoy, Azpress.az,

Ağdam 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !