Səfir Norveçin siyasi sistemi mövzusunda mühazirə oxudu -

Səfir “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxudu

2 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Skandinaviya mərkəzinin təşkilatçılığı ilə Norveç Krallığınıın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svedsen universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxudu.
Tədbirdə açılış nitqi ilə çıxış edən Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva tədbir iştirakçılarını salamladı. O, səfir Bard İvar Svedsenin ötən həftə də universitetdə Norveçə məxsus “Şpitsberqen (Svalbard) adlarının hüququ statusu, iqtisadiyyatı, bu günü” mövzusunda mühazirə oxuduğunu xatırlatdı. Vüsalə Əfəndiyeva belə mühazirələrin tələbələrin gələcək inkişafında faydalı olduğunu da sözlərinə əlavə etdi.
Səfiri Bard İvar Svedsen tələbələri salamlayaraq yenidən Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrə mühazirə oxumaqdan məmnun olduğunu dilə gətirdi. O, Norveçin siyasi sistemi haqqında danışaraq iştirakçılara konstitusiya haqqında da ətraflı məlumat verdi. Səfir Norveç Konstitusiyasının 1814-cü il mayın 17-də Akershus quberniyasının Eydsvol şəhərciyində qəbul edildiyini və bu günədək də qüvvədə olduğunu qeyd etdi. O, hər il bu günün Norveç xalqı tərəfindən təntənə ilə qeyd olunduğunu bildirdi. Norveç parlamentindən danışan səfir Bard İvar Svedsen parlamentin 169 üzvü olduğunu vurğuladı. Səfir Norveçin vergi sistemi haqqında da məlumat verdi. O, Norveçdə təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən ödəndiyini sözlərinə əlavə etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, tədbirdə ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən, doktor Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev də iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !