Tarix İnstitutunda növbəti dissertasiya müdafiələri keçirilib -

Tarix İnstitutunda növbəti dissertasiya müdafiələri keçirilib

Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilib.
Dissertantlar Fuad Ağayev "Çar Rusiyasının Şimali Azərbaycanda dini siyasəti (XIX əsr - XX əsrin əvvəllərində)" və Namiq Kərimov isə "XIX əsr - XX əsrin əvvəllərində Şimali Azərbaycanda Çar Rusiyasının neft siyasəti" mövzularında dissertasiya müdafiə etmişlər.
Dissertasiya Şurasının iclasında tarixçi-alimlər Yaqub Mahmudov, Fəzail İbrahimli, Cəbi Bəhramov, Rəsul Hüseynli, Nailə Vəlixanlı, Hacı Həsənov, Kərim Şükürov, Aqil Şahmuradov və başqaları çıxış etmişlər.
İclasda Dissertasiya Şurasının üzvləri tarix elmləri doktoru, professor Allahşükür Paşazadənin dissertant Fuad Ağayevin "Çar Rusiyasının Şimali Azərbaycanda dini siyasəti (XIX əsr - XX əsrin əvvəllərində)" adlı dissertasiyasına yazdığı rəylə tanış edilmişlər.
Hər iki müdafiə alimlər arasında konseptual baxımdan böyük maraq doğurmuşdur.

 

Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !