Şirin Xanım Kərimbəyli Şadiman: - ŞƏRƏ ƏYİLƏNLƏRİMİZ

Şirin Xanım Kərimbəyli Şadiman: ŞƏRƏ ƏYİLƏNLƏRİMİZ

Uşaq vaxtlarımdan rəhmətlik nənəmdən belə bir deyim eşitmişdim, bala rusun çörəyi dizinin üstündədi, onlara bel bağlamaq olmaz, yoldaşlıq et, amma ehtiyatını da əlindən vermə. Oktyabr ayından bu yana dəfələrlə Türkiyə hava sərhədini pozan rus qırıcıları nəhayət ki, öz layiqli cəzasını aldı. Türkiyə hava sərhədini pozan rus bombardmançı qırıcısını türk şahinləri vurdu. Gəlin görək bu xoşagəlməz xəbərə bizim bəzilərimiz nesə yozum verdik?
Deyirlər ki, mərdi qova-qova namərd edərlər. Bizim ölkdə yaşayan bir çox insanlarımız əsarət altında yaşayandan üzü bəri öz şirin canlarını, mallarını, paralarını, arvad-uşaqlarını məkirli düşməndən qorumaq üçün namərd olmağa öyrəşiblər. Bu namərdlik onların içlərilərində o qədər vüsət alıb ki, çox vaxt öz doğmalarını belə şəxsi mənfəətləri üçün düşmənə satmaqdan çəkinməyiblər. Bu gün bizim ölkəmiz başıbəlalı quzey Azərbaycanı qismən azadlığın bəhrəsini görməkdədir. Ona görə quzey Azərbaycanı deyirəm ki, bizim ölkənin adı Quzey Azərbaycan olmalıdı, çünki biz Azərbaycan adını daşımaqla çox milyonlu Güney Azərbaycanının varlığını kölgə altında qoymuşuq. Əlqərəz, keçək əsas mətləbə.
Türkiyə öz varını, varlığını, özgürlüyünü qorumağı bacaran və bunu bütün dünyaya sübut edən qüdrətli, şərafətli, ləyaqətli bir dövlətdi. O, öz qeyrətli insanları ilə Vətən torpağını qorumağa qadir olan ölkədir. Onun varlığı, istiqlalı, kökü-soyu ilə qürur hissi keçirən milyonlarla türk kökənli insanlarımız var. Türkiyə bu gün nə etməlidir? Bayırbucaq türkümənlərinin acısına seyirçimi qalmalıdır? Hansıki bu diyar düz onun qulağının dibindədir. İnsanları vəhşət içində hər şeyini itiriblər, Suriyada, İraqda bu gün vəhşət yaşanır. Özünü insan hesab edən hər bir kəs dilindən, dinindən aslı olmayaraq o bölgənin fəlakətinə ürək ağrısı keçirməlidir.
Əslində tam səmimiyyətimlə deyirəm, mənim rus xalqına yazığım gəlir, vaxtı ilə Rusiyanın meşə bataqlıqlarında yaşayan bu xalq ömürləri boyu müharibələrin cəngində olublar. Bu müharibələri onlara başda oturub bütün dünyaya meydan oxuyan, bütün millətləri özlərindən aşağı sayan hakimiyyət alverçiləri yaşatdı. Rus padşahları dünyanın yarıdan çoxunu zəbt edib millətləri aclıq, səfalət, qorxu, qul qismində saxlayırdı, bu gün Vladimir Putin kimi müstəbidin əlində həmin xalqların bir çoxu hələ də əsirdi, Rusiyanın bugünki məqsədi Rus İmperiyasını bərpa etmək, azadlığı dadmış 14 respublikanı öz tərkibinə salmaq və dünyaya meydan oxumaq... Bizim qulbeçələrimiz də o günü səbirsizliklə gözləyir. V. Putin Rus xalqına bu gün nə bəxş edib? Faşist keçəlbaşları…Sənə oxşamayanları harada gördün öldür, məhv et…
Rus işğalçıları 5000 km yol qət edib gəlib bizim evimizin içində qan-qırğın törədirlər. Erməni kimi milliyyəti qaranlıq olan qövmü üstümüzə salıblar. İki əsr bizə dəhşət yaşadırlar. Bu gün də bu dəhşət bitmir. Torpaqlarımızda erməni dövləti yaradıblar, ikinci bir erməni dövlətinin yaranmasına səy göstərirlər. Qarabağ əlimizdən gedib, biz yağıya atəşkəs elan etdik, zaman keçib gedir, o illərin şahidləri bir-bir dünyasın dəyişir, biz isə hələ də susuruq, gözləyirik ki, işğalçı Rusiya bizə torpaqlarımızı qaytarmaqda yardımçı olacaq! Axı, bu torpaqları bizdən elə rus hərbiçiləri alıb ermənilərə verməyibmi? Niyə biz həqiqəti dünyaya car çəkməkdən qorxuruq?! Bir atalar məsəlini dəyərli oxucuların diqqətinə yetirmək istəyirəm: Qorxan gözə çöp düşər…Bizim gözümüzə çöp düşüb, iki əsrdən çoxdur ki, o çöpü gözümüzdən çıxara bilmirik.
Biz qorxa-qorxa hər şeyimizi itirmişik, torpaqlarımızı, qürurumuzu, döyüşkənliyimizi, varlığımızı da yavaş-yavaş itirmək üzrəyik.
Bir baxın, Türkiyə öz kimliyini dünyaya sübut edir, biz burda tir-tir əsirik, başlayırıq kökü-soyu bizimlə bir olan qan qardaşlarımıza öyüd-nəsihət verməyə…Ay siz düz etmədiz, qoy sərhədini pozsunlar, bir sözlə cəhd edirik ki, özümüzdə əskidən nə varsa Türkiyə türklərinin beyininə yeritməyə, bir sözlə onlara öyüd-nəsihət verməyə, fikirmizcə, keçəl tük bitirə bilsəydi, birinci öz başının çarəsini qılardı.
Hələ yaxın bir vaxtda deyirdik ki, biz bir millət, iki dövlətik və buna əlçalırdıq. Bəs bu gün nə baş verir? Bu hadisəyə ölkəmizdən heç rəsmi münasibət də də yoxdur. Məzhəbi əlində bayraq edib türk millətinin arasına girmək istəyən bəzi üzdən iraq dindarlara da ismarışımız var. Millət, Soy-kök, Varlıq, Vətən olan yerdə heç bir din, heç bir din içində məzhəblər bizim kimliyimizə kölgə sala bilməz.
Sözümüzün canı budur ki, ay bizim bığıburma kişilərimiz, dövlətlər arasında hər şey iqtisadi əlaqələrlə bitmir, ayrı-ayrı fərdlər kimi dövlətlərin də mənlik məsələsi var…Türkiyə əskidən üzü bəri heç zaman öz mənliyini dövlət olaraq aşağılamağa yol verməyib, bu gün də yol verməyir. sizlərdən ricamız budur ki, qoyun papaqlarınızı qabağınıza özümüzün düşdüyümüz durum barədə dərin-dərin fikirləşin… Vaxt gələcək ki, əgər belə getsə sizin o yığdığınız var-sərvət də dadınıza yetməyəcək. Beyinlərinizin təzələnməsinin qeydinə qalın, artıq sizin köhnə havaya oynadığınız dövrlər keçib. Axırda sizlərə içimizi didib tökən fikirmizi ünvanlamaq istərdik, sizin indiki düşüncənizlə bizlər nə qədər məsafə qət edə bilərik və hara gedirik?!


26.10.2015
Şirin Xanım Kərimbəyli Şadiman


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !