ADU-da Post-universitet imkanları: Avropa Kollecində Avropaşünaslıq üzrə Master proqramı mövzusunda seminar keçirildi -

ADU-da “Post-universitet imkanları: Avropa Kollecində Avropaşünaslıq üzrə Master proqramı” mövzusunda seminar keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) “Post-universitet imkanları: Avropa Kollecində Avropaşünaslıq üzrə Master proqramı” mövzusunda seminar keçirildi. Seminarda ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev və adıçəkilən fakültənin tələbələri iştirak edirdi.
Öncə qonaqları salamlayaraq ADU-da görməkdən məmnunluğunu dilə gətirən Vazeh Əsgərov onları seminar iştirakçılarına təqdim etdi.
Avropa kollecinin Natolin kampusunun akademik assistenti Pavel Mixalskiöz təqdimatında Avropa kollecinin yaranma tarixindən danışdı və adıçəkilən kollecin 1949-cu ildə Haaqa konfransından sonra əsasının qoyulmasından söz açdı. Avropanın ən qədim və nüfuzlu kolleci sayılan təhsil müəssisəsinin 2 - Brücc (Belçika) və Natolin (Varşava)kampusdan ibarət olduğunu söyləyən Pavel Mixalski tədris prosesinin ingilis və fransız dillərində aparıldığını sözlərinə əlavə etdi. O, kollecdə tədris olunan təhsil proqramlarından danışdı və orada çalışan mütəxəssislərin dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ, İsveç, İspaniya və s-dən olduğunu bildirdi. Pavel Mixalski bu kollecdə təhsil alan tələbələrin təhsil müəssisəsinin bir sıra tədbirlərində açılış və bağlanış mərasimlərində iştirak edən dünyanın aparıcı şəxsləri, həmçinin liderləri ilə görüşmək imkanının olduğunu vurğuladı. Sonda qonaq kollecə müraciət etmə proseduru haqqında ətraflı məlumat verdi.
Daha sonra Avropa kollecinin Natolin kampusunun qrup rəhbəri “The E-platform for neighbourhood” (Qonşuluq platforması) adlı təqdimatla çıxış etdi. Layihənin Avropa Birliyi tərəfindən maliyyələşdirildiyini söyləyən Cudita Fiedin bununla bağlı ətraflı məlumat verdi.
Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !