Region gəncləri üçün təlimlər təşkil olunub -

Region gəncləri üçün təlimlər təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin Sosial- İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Peşə seç - peşəkar ol!” adlı layihə çərçivəsində Yevlax və Mingəçevir şəhərlərində gənclər arasında peşə təhsilinə münasibətin yaxşılaşdırılması məqsədilə təlimlər keçirilib.
“ 2015- 2025- ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” nın müvafiq maddlərinə (gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclərin məşğulluğunun təmin edilməsi üçün onların peşəkarlığını artıran tədbirlər görmək, aztəminatlı gənc ailələrə şəxsi təsərrüfatlarını qurmaq, inkişaf etdirmək və ya fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək vermək və s.) əsaslanan layihənin rəhbəri Zülfiyyə Nuriyevanın verdiyi məlumata görə onlar Mingəçevir peşə məktəbinə ekskursiya təşkil edərək məktəblə yaxından tanış olublar. Həm Mingəçevir, həm də Yevlax peşə məktəblərində təhsil alan gənclər üçün təlimlər təşkil olunub. Təlimlər zamanı gənclər müxtəlif peşələrə olan münasibətləriylə bağlı fikirlərini açıq şəkildə söyləyiblər. Onlara burada müxtəlif peşələrlə bağlı qısa məlumatlar da verilib. Dülgər peşəsini seçmiş və hazırda təhsil alan gənc bir qız bu peşəyə olan sevgisini yaşıdlarına anladıb.
Təlimlərin sonunda iştirakçı gənclərə sertifikatlar və hədiyyələr təqdim olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !