Qarabağ çövkən komandası yarışı dördüncü yerdə başa vurub - FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

“Qarabağ” çövkən komandası yarışı dördüncü yerdə başa vurub FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Atçılıq Federasiyasının birgə təşkil etdiyi Çövkən Milli Atüstü oyunları üzrə ölkə çempiyonatı başa çatıb. Dördüncü dəfə keçirilən Çövkən milli Atüstü oyunu üzrə ölkə çempiyonatında Ağdam rayonunu təmsil edən “Qarabağ” komandası ilə yanaşı respublikanın digər şəhər və rayonlarını təmsil edən 24 komanda iştirak edib. Ağdam rayonunu təmsil edən “Qarabağ” çovkən komandası yarışları dördüncü yerdə başa vurub. Bu münasibətlə komandanın üzvləri Ağdam rayon İcra Hakimiyyətində olublar. Komanda üzvlərini qəbul edən rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bu qələbə münasibətilə onları təbrik edib, onlara gələcək işlərində və yarışlarında uğurlar arzulayıb. Bildirb ki yeni yaranan bir komanda üçün dördüncü yeri tutmaq böyük nailiyyətdir və gələcəkdə çempion olmaqçün uğurlu bir başlanğıcdır. Daha sonra komandaya verilən dördüncü yer diplomu rayona təqdim edilib.
 

Elgün, Ağdam -  AZpress.AZ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !