Azərbaycan İT şirkəti İran bazarına daxil olur - FOTO

Azərbaycan İT şirkəti İran bazarına daxil olur FOTO

Bildirmək istəyirik ki, 2015-ci ilin 12-15 noyabr tarixdə İran İslam Respublikasının Tabriz şəhərində beynəlxalq sərgi keçirilib. Bu sərgidə Azərbaycanın “Neuron Technologies” şirkəti öz stendi ilə çıxış edib. Ölkəmizin biznes mühiti və İKT sektoru üçün önəmli olan bu məlumatın (aşağıdakı mətndə) təmsil etdiyiniz media qurumu vasitəsilə geniş ölkə ictimaiyyətinə çatdırılmasını xahiş edirik. Həmçinin də qoşmada sərgidə çəkilən şəkilləri də diqqətinizə təqdim edirik.



Azərbaycan İT şirkəti İran bazarına daxil olur

2015-ci ilin 12-15 noyabr tarixində İran İslam Respublikasının Tabriz şəhərində “Rab–E–Rashidi Exhibition and İnternational Awards” beynəlxalq sərgisi keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrinin İKT sahəsində fəaliyyət göstərən şirkətləri iştirak edib. Bu sərgidə Azərbaycanın “Neuron Technologies” şirkəti öz stendi ilə çıxış edib. Qeyd edək ki, Azərbaycan şirkətinin Təbrizdə keçirilən sərgi və forumda iştirakı İran tərəfinin və yerli ictimaiyyətin geniş marağına səbəb olub.

“Neuron Technologies” Azərbaycanın ən sürətli inkişaf edən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Şirkət ölkəmizdə təhsil, kənd təsərrüfatı, səhiyyə, bank və maliyyə sahələrində elektron idarəetmə sistemlərinin tətbiqi ilə məşğul olur. Şirkətin innovativ həllərinə bir sıra xarici ölkələr də maraq göstərir. Hazırda Azərbaycan şirkətinin “Unibook” – tədrisin elektron idarəetmə sistemi və “e-Agriculture” – elektron kənd təsərrüfatı sahələrində tətbiq etdiyi sistemlərin Macarıstan, Çexiya, Makedoniya, Özbəkistan, Zambiya, Efiopiya və İranda həyata keçirilməsi istiqamətində intensiv fəaliyyət aparılır.

“Neuron Technologies” şirkəti ölkəmizə dost və qonşu olan İranda müasir və innovativ informasiya texnologiyalarının tətbiqi istiqamətində artıq ötən ildən aktiv fəaliyyətə başlayıb. Hazırda Azərbaycan şirkətinin hazırladığı elektron tədris sisteminin tətbiqi üzrə İran tərəfi ilə danışıqlar davam etdirilir. Bu məqsədlə şirkətin nümayəndələri hazırda Tehran şəhərinə ezam edilib, İran tərəfi ilə danışıqlar aparılır və yaxın zamanda İranın təhsil qurumları ilə müqavilə imzalanması gözlənilir.

Sərgi çərçivəsində Təbrizin dövlət rəsmiləri Azərbaycan şirkətinin stendini ziyarət etdi və Təbrizdə işgüzar fəaliyyətə başlaması üçün bütün lazımi şəraitin yaradılacağını vurğuladı. Tədbirdə “Neuron Technologies” şirkəti İranın Milli Texnoparkının rəhbərliyi ilə müzakirələr apardı və İranın nüfuzlu şirkətləri “Regaco” və “ASD Group” ilə Anlaşma Memorandumları imzaladı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !