LTE abunəçilərinin sayı 1 milyarda çata bilər -

“LTE” abunəçilərinin sayı 1 milyarda çata bilər

 Bu ilin sonunadək dünyada “LTE” texnologiyasından istifadə edən mobil abunəçilərin sayı dörddə bir dəfə artacaq. Bu barədə “Digitimes Research” analitik şirkətinin proqnozunda deyilir.

2015-ci il iyunun sonunda dünyada “LTE” rabitə xidməti istifadəçilərinin sayı 755 milyon abunəçi təşkil edib. Dekabrın sonunda bu rəqəmin 945 milyon nəfər, 2016-cı ildə 1,47 milyard nəfərədək artacağı gözlənilir.

Beləliklə, “LTE” abunəçilərinin sayı tezliklə 1 milyarda çata bilər. Bu, altı il əvvəl ilk “LTE” şəbəkəsi kommersiya istifadəyə verildikdən sonra baş verəcək. Müqayisə üçün qeyd edək ki, 1 milyard “2G” texnologiyası istifadəçi sayına 12 il, “3G” texnologiyası istifadəçi sayına 9 il ərzində nail olunub.

Hazırda dördüncü nəsil rabitə şəbəkəsi 143 ölkədə qurulub və 422 “LTE” operatoru tərəfindən idarə olunur. “Digitimes Research” şirkətinin proqnozuna görə, bu il “LTE” abunəçilərinin yarıdan çoxu Asiya-Sakit okean regionunun payına düşəcək, Şimali Amerikanın payı təxminən 25 faiz təşkil edəcək.

Bu gün operatorlar istifadəsi 45 ölkənin 88 operatorunda mümkün olan "LTE-Advanced” servislərini inkişaf etdirirlər. Dünyada “LTE” qurğularının üçdə bir hissəsi məlumatları 150 Mbit/saniyə sürətində ötürməyə imkan verən “LTE Cat.4” standartını dəstəkləyir, - “DailyComm” yazır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !