Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 8,1 fazi artıb -

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 8,1 fazi artıb

 Dövlət Statistika Komitəsi ölkənin informasiya və rabitə müəssisələrinin bu ilin yanvar-oktyabr aylarında göstərdiyi xidmətlərin həcmini açıqlayıb.

Komitədən verilən məlumata görə, ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1363,8 milyon manatlıq xidmətlər göstərib. Onların da 72,8 faizi əhali sektoruna aid olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !