Zamanın elçisi xalça adlı bayram tədbiri keçirilib -

“Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalçası Günü və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun doğum gününə həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib.
Qeyd edək ki, xalça sənəti Azərbaycan dövlətinin, onun ali siyasi rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Dövlətimizin milli irsimizə qayğısının nəticəsində 7 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul edilmişdir. Bu qanuna əsasən Azərbaycanda ənənəvi xalça bayramı keçirilməsi nəzərə alındı. Bayramın məqsədi xalça sənətinin milli irsimizin yaşadılması və gələcəyə çatdırılmasıdır.
Azərbaycan xalçası 2010-cu il 16 noyabr tarixindən artıq dünya mədəniyyətinin tərkibinə daxil edilmişdir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi. Ona görə də qərara alındı ki, hər il 16 noyabr tarixi ölkəmizdə Xalça Bayramı Günü kimi qeyd edilsin.
Azərbaycan Xalça Muzeyinin mətbuat xidməti rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan, L.Kərimovun doğum gününə həsr olunmuş “Bir ömrün sehirli ilmələri” adlı sərgisi və Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərlərinin “Sənəti yaşadanlar” adlı sərgilərin açılışı oldu
Xalq sənətkarlarının toxuduğu xalçalardan ibarət “Tarix yazan xalçalar” adlı sərgini muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva açaraq milli irsimiz olan xalçaların dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bildirdi. Direktor eyni zamanda “Tarix yazan xalçalar” sərgisindən danışdı: “Bu sərgiyə Quba, Gəncə və digər regionların ustalarının xalçaları və “Azərxalça” müəssisəsində toxunan xalçalar da təqdim edilib. Burada Azərbaycan xalça məktəblərinə xas olan bir sıra kompozisiyalar, rəngkarlıq əsərlərininin xalçaya köçürülmüş surətlərini, portert xalçaları, və digər süjetli xalça kompozsiyalarını görmək olar. Bununla yanaşı sərgidə kiçik kilim, palaz kimi xovsuz xalçaları, eləcə də kiçik ölçülü suvenir xalçalar da təqdim olunur”
“Bir ömrün sehirli ilmələri” adlı sərgi isə dünya şöhrətli sənətkar, xalçaçı rəssam dünyada ilk Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovu bir daha dərin hörmət və rəğbət hissi ilə anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır. Azərbaycan xalça elminin banisi Lətif Kərimov uzun elmi və pedaqoji fəaliyyəti ərzində onun yolunu davam etdirən bir çox istedadlı sənətşünas yetişdrimişdir. Bir çox gənc rəssamlar, xalçaçılar onun qoyduğu irsdən bəhrələnərək yeni-yeni sənət nümunələri yaratmaqdadırlar. Onlardan görkəmli xalçaçı - rəssamlar Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov, Əlisəfa Nuriyev, Adil Məmmədov, Arif Nuriyev, Eldar Mikayılzadə, Mətanət Aslanova, Humayə Məmmədova çıxış edərək böyük alim haqqında ürək sözlərini bildirdilər.
Bu gün münasibəti ilə muzeyin ekspozisiyasında Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının işləri “Sənəti yaşadanlar” adlı sərgidə tələbələrin diplom işləri - xalçalar, xalça eskizləri nümayiş olunur. Burada həm həndəsi, həm nəbati elementlərin, yeni çalarların istifadə olunduğu bu əl işlərini ərsəyə gətirərkən gənc rəssamlar Lətif Kərimov irsindən bəhrələnmiş, ondan ilham almışlar. Azərbaycan xalça sənəti nəsillərdən nəsillərə ötürülərək inkişaf edir, dəyişir, yeni motivlərlə zənginləşir. Gənc ustalar da öz işlərində xalça sənətinin özülünü saxlamaqla bu sənətə yeni nəfəs gətirirlər. Təqdim olunmuş nümünələrdə də bu öz əksini tapmışdır. Bunlardan əlavə burada gənc xalçaçı rəssamların “Azərbaycan Odlar yurdu”, “Məhəbbət əfasanəsi”, “Azərbaycan Prezidenti İlham Əliyev”, çərçivədə kiçik ölçülü xalçalar və eskizlər, “Xeyir və şər”, “Dəvə karvanı”,“Nar şəhəri”, “Naturimort”, “Bismillah”, “Zülfüqar qılıncı”, “Bayraqdan xəritə”, “Çərşənbə butaları”, “Atlı qız” və sair.əsərləri sərgilənirdi.Gənclərin əsərlərində nümunələrində ənənəvi xalça kompozisiyalarına yeni nəfəs verilməsinin şahidi oluruq.
Tədbrin “Ustad dərsləri” hissəsində gənc xalçaçı-rəssamlarla 1 nömrəli Sağlamlıq Imkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzinin tələbələri və toxuculuq sənətinə yiyələnən sağlamlıq imkanları məhdud uşaqlar arasında görüş keçirildi. Gənc rəssamlar uşaqlara və gənclərə bu sənətin incəliklərini ustad dərsləri ilə çatdırdılar.
“Dəyirmi masa”da respublikamızın tanınmış xalçaçı rəssamlar, xalça istehsalçıları və Rəssamlıq Akademiyasının müəllimləri ilə tələbələr arasında açıq söhbət aparıldı. Söhbət əsnasında gənclər ustadlar arasında milli irsimiz olan xalçanın bugünü, gələcəyi və problemləri müzakirə olundu, yetişən nəslin qədim sənətimizə marağının artırılması yolları arandı. Gənc rəssamlar onları maraqlandıran suallarla görkəmli rəssamlara müraciət etdi və qarşılıqlı fikir mübadiləsi aparıldı.

Tədbirin sonunda qonaqlara Azərbaycan Respublikasının xalq artistləri Könül xanım Xasıyeva, Gülyaz xanım Məmmədova, əmkdar artistlər Fərqanə xanım Qasımova , Teyyub Aslanovun həmçinin gənc opera ifaçısı Gülşən İbadovanın və digər gənc müğənilərin ifasında konsert proqramı təqdim olundu.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !