Mənim Sağlam Cəmiyyətim layihəsinin açılış mərasimi baş tutub - FOTO

“Mənim Sağlam Cəmiyyətim” layihəsinin açılış mərasimi baş tutub FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyəşdirdiyi, İRƏLİ İctimai Birliyi, Sağlam Düşüncə Gənclər Təşkilatının partnor olduğu, Bakı Slavyan Universitetinin dəstək göstərdiyi “Mənim Sağlam Cəmiyyətim” layihəsinin açılış mərasimi baş tutub.
Layihə Bakı Slavyan Universitetinin Akt zalında həyata keçirilib.
Son zamanlar cəmiyyətimizdə sosial problemlərin çoxalması gənclərin inkişafına və gələcəyin sağlam olmasına mənfi təsir göstərir. Cəmiyyətimizin gələcəyini sığortalamaq istəyiriksə, buna ilk öncə gənclərimizdən başlamalı və mütləq incəsənətlə maraqlanmasını təmin etməliyik. Həyata keçirilən “Mənim Sağlam Cəmiyyətim” layihəsi yuxarıda qeyd olunmuş problemlərin həllinə yönəlmişdir. Bu gün Azərbaycan gənclərinin teatra olan maraqı çox az saydadı. Səhnə gəncliyə məsuliyyətin inkişaf etdirəcək, yaradıcıqlarını, fikirlərini sərbəst ifadə edtirəcək bir yerdir. Təqdim olunan layihənin ideyası ondan ibarətdir ki, cəmiyyətimizin gündəlik həyatda qarşılaşdığı sosial problemləri, məhs: Narkomaniya, Alkoqolizm, Passiv siqaret çəkmə, Valideyn-uşaq, müəllim-tələbə münasibətlərini teatr səhnəcikləri ilə gənclərə çatdırmaq və onlara qarşı mübarizəni gücləndirməkdir.

Layihənin hədəf qrupu cəmiyyətimizdə olan problemlərdən əziyyət çəkən vətəndaşlardır. Cəmiyyətimizdə sağlam həyat ruhunu yüksəltmək bizim əlimizdədir. Sağlam cəmiyyət bizdən başlayır.
Açılış mərasimində Bakı Slavyan Universitetinin Təhsil işləri üzrə prorektoru Telman Cəfərov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev və layihə rəhbəri Bəyimxanım Məmmədova çıxış etdikdən sonra, teatr səhnəciyi təqdim edilmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !