İradə İbrahimovaya Cem Yılmazdan sürpriz xəbər - VİDEO - FOTO

İradə İbrahimovaya Cem Yılmazdan sürpriz xəbər VİDEO - FOTO

Müğənni İradə İbrahimovanın repertuarından düşməyən və sevilən "Neyləyək alınmadı" (musiqisi Vaqif Gərayzadə)
mahnısı Türkiyənin ünlü komediya aktyoru Cem Yılmazın bu günlərdə nümayişə çıxarılan "Ali Baba və 7 Cücələr" filmində səslənib.
AZpress.AZ xəbər saytı xəbər verir ki, müğənni bu barədə filmin nümayişindən sonra xəbər tutub:
"Film noyabrın 13-də nümayişə çıxarıldı. Bu barədə bizə filmi izləyən və ailəmizə yaxın insanlar məlumat verdi. Filmdə Cem Yılmaz özü mahnını zümzümə edib. İnternetdə filmdən hələki fraqment olduğu üçün həmin hissəni izləyə bilməmişəm".

Xatırladaq ki, ötən il İradə İbrahimova Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkilən şəklini sosial şəbəkədə paylaşmışdı.
Müğənni qeyd etmişdi ki, hər üç sənətçi onu görən kimi “Neyləyək, alınmadı” mahnısını oxumağa başlayıb.

"Məndən nə zamansa İstanbulda konsert versəm, onları dəvət etməyimi istədilər. Bu mahnını uzun illər əvvəl oxumuşam. Amma Türkiyənin üç tanınmış simasının yadında bu mahnının qalmağı məni çox sevindirdi. Mahnının müəllifi Vaqif Gərayzadəyə sonsuz təşəkkürlər” - deyə, İradə xanım foto paylaşarkən bildirmişdi.

Cem Ylmazın məşhur mahnını sözügedən filmdə paylaşmağının bu səbəbdən təsadüfi olmadığı qənaətinə gəlmək olar.

Qeyd edək ki, Cem Yılmaz "Ali Baba və 7 Cücələr"in həm ssenari müəllifi, həm rejissorudur. Komediya aktyoru filmdə baş rolu oynayıb.

 

https://www.youtube.com/watch?v=h5ABho06Pcg] [/center]
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !