Xalça Günü nə həsr olunmuş Zamanın elçisi xalça adlı bayram tədbiri keçiriləcək -

“Xalça Günü”nə həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçiriləcək

Azərbaycan Xalça Muzeyində “Xalça Günü”nə həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçiriləcək.
Əziz şəhərimizin sakinləri və qonaqları, hörmətli KİV nümayəndələri, Sizi “Xalça Günü” nə həsr olunmuş bayram tədbirinə dəvət edirik!
Noyabrın 16-da saat 16:00-da Azərbaycan Xalça Muzeyində “Xalça Günü”nə həsr olunmuş “Zamanın elçisi xalça” və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun anadan olmasının 109-cu ildönümü ilə əlaqədar “Bir ömrün naxışları” adlı bayram tədbir keçiriləcək.
Qeyd edək ki, bayram tədbiri ilə əlaqədar Azərbaycan Xalça Muzeyində “açıq qapı” günü elan olunub.
Tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan, Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərləri sərgilənəcək. Təşkil olunmuş “Dəyirmi masa”da xalçaçı- rəssamlarla tələbələr arasında açıq söhbət aparılacaq, eyni zamanda tələbələr uşaq və yeniyetmələrə bu sənətin incəliklərini ustad dərsləri ilə çatdıracaq. Tədbirin sonunda qonaqlara sevimli müğənnilərimizin və musiqiçilərimizin ifasında konsert proqramı təqdim olunacaq.

Xalça sənəti Azərbaycan dövlətinin, onun ali siyasi rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Dövlətimizin milli irsimizə qayğısının nəticəsində 7 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan xalça sənətinin qorunması və inkişafı etdirilməsi haqqında” Qanun qəbul edilmişdir. Bu qanuna əsasən Azərbaycanda ənənəvi xalça bayramı keçirilməsini nəzərə alındı. Bayramın məqsədi xalça sənətinin milli irsimizin yaşadılması və gələcəyə çatdırılmasıdır.
Azərbaycan xalçası 2010-cu il 16 noyabr tarixindən artıq dünya mədəniyyətinin tərkibinə daxil edilmişdir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildı. Ona görə də qərara alındı ki, hər il 16 noyabr tarixi ölkəmizdə Xalça Bayramı Günü kimi qeyd edilsin.
Azərbaycan Xalça Muzeyi

 

Mətbuat xidməti rəhbəri
Fuad Rəsul
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !