RYTN-in telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub -

RYTN-in telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” elektron xidməti oktyabr ayında “Elektron hökumət” portalı vasitəsi ilə ən çox müraciət olunan 20 e-xidmət arasında 3-cü mövqedə qərarlaşıb.

Ötən ay istifadəçilər bu xidmətdən 67729 dəfə faydalanıblar.

Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Elektron xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !