İlk peşəkar region televiziyasının 8 yaşı oldu -

İlk peşəkar region televiziyasının 8 yaşı oldu

15 noyabr RTV-nin (Region TV) fəaliyyətə başladığı gündür. Artıq televiziyanın 8 yaşı tamam olur. 2007-ci ildən Xaçmazdan yayıma start verən RTV (Region TV) qısa müddət ərzində ölkə mediasında peşəkar fəaliyyəti ilə nüfuz qazanıb. 2014-cü il may ayının 10-dan etibarən RTV (Region TV) nin bir sıra proqramları Qafqazın ən böyük teleşəbəkəsi olan “Region TV” vasitəsilə dünyaya yayımlanır. RTV-nin (Region TV) Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə “Media açarı – 2010” mükafatına layiq görülüb. “Azərbaycan ailəsi-2011”, “Azərbaycan ailəsi – 2015” film festivallarında qalib olub, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
İlk peşəkar region kanalı olan RTV (Region TV) hazırda ölkənin kifayət qədər baxılan televiziyalarındandır. Televiziya rəngarəng proqramları ilə tamaşaçıların zövqünü oxşamaqla yanaşı, mütəmadi keçirdiyi işçi müsabiqələri ilə istedadlı gəncləri dəyərləndirir. Hazırda kanalda 100-dən artıq əməkdaş televiziyanın uğurları üçün çalışır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !