Ölkədə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 10,5 milyon manat təşkil edib -

Ölkədə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 10,5 milyon manat təşkil edib

Azərbaycanda həyata keçirilən elektron ticarət dövriyyəsinin həcmi artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı statistik göstəricilərdə qeyd edilir.

DSK tərəfindən aparılan hesablamalara görə, cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib.

Belə ki, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb.

DSK-dan bildirilib ki, elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşüb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !