Beynəlxalq Telekommunikasiya İttifaqı peyklərin mülki təyyarələri izləməsi üçün tezlik diapazonu ayıracaq -

Beynəlxalq Telekommunikasiya İttifaqı peyklərin mülki təyyarələri izləməsi üçün tezlik diapazonu ayıracaq

 Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) peyklərin mülki təyyarələri izləməsi üçün tezlik diapazonunun ayrılması haqqında qərar qəbul edib.

Məlumata görə, mülki aviasiya təyyarələrinin izlənməsi üçün 1087,7-1092,3 meqahers diapazonunun ayrılması nəzərdə tutulur. Bu tezlikdə real vaxt rejimində təyyarənin olduğu yeri izləməyə imkan verən “ADS-B” siqnalı ötürülür.

Monitorinq sistemlərinin 2016-cı ilin noyabrınadək quraşdırılması planlaşdırılır. Hava gəmisi hər 15 dəqiqədən bir və ya fövqəladə hallarda daha tez öz koordinatları barədə məlumat verəcək.

BMT və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən ümumi qaydaların razılaşdırılması və mülki təyyarələr üçün izləmə sistemlərinin quraşdırılması barədə qərar "Air France” təyyarəsinin 2009-cu ildə Atlantik okean üzərində qəzaya uğramasından sonra qəbul edilib, - "Lenta” yazır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !