ADU-da Süd vəzi xəstəliklərinə müasir yanaşma mövzusunda seminar keçirildi -

ADU-da “Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusunda seminar keçirildi

11 noyabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) “Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusunda seminar keçirildi.
Seminar Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Nazim Məmmədovun təşəbbüsü və adıçəkilən kafedranın təşkilatçılığı ilə keçirildi. Seminarda Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Milli Onkologiya İnstitutunun şöbə müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Samir Qurbanov, kafedranın əməkdaşları və tələbələr iştirak edirdi.
Kafedra müdiri Sevda Zamanova açılış nitqi ilə çıxış edərək mövzu ilə əlaqədar məlumat verəcək qonağı təqdim etdi, onu universitetdə görməkdən məmnunluğunu dilə gətirdi.
Samir Qurbanov “Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusu ətrafında çıxış edərək tələbələrə geniş məlumat verdi. S. Qurbanov şəkillər vasitəsilə süd vəzi xəstəliklərinin xüsusiyyətlərindən, xəstəliyin ilkin göstəricilərindən, müalicə-müayinə metodlarından danışdı. O çıxışında, bu xəstəliyin vaxtında aşkarlandığı və məsuliyyətlə yanaşıldığı təqdirdə qarşısı alınmasının mümkünlüyündən bəhs etdi.
Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !