Kitabi-Dədə Qorqud dastanı ilə bağlı poçt markası dövriyyəyə buraxılıb -

“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC yeni poçt markası nəşr etdirib.

Marka şifahi xalq ədəbiyyatımızın qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibəti ilə buraxılıb.

Poçt markasının nominal dəyəri 0,5 manata bərabərdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !