Frankofoniya Universitetlər Agentliyinin Şərqi və Mərkəzi Avropa bürosu üzrə direktoru Fabien Flori ADU-da oldu -

Frankofoniya Universitetlər Agentliyinin Şərqi və Mərkəzi Avropa bürosu üzrə direktoru Fabien Flori ADU-da oldu

Frankofoniya Universitetlər Agentliyinin (L'Agence universitaire de la Francophonie) üzrə direktoru Fabien Flori Azərbaycan Dillər Universitetində (ADU) oldu. Öncə ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov qonağı qəbul etdi. Universitet haqqında ətraflı məlumat verən prorektor fransız dilinin Azərbaycanda ənənəvi olaraq ADU-da tədris olunan dillər arasında ən seçilən olduğunu və bu gün də adıçəkilən ali təhsil müəssisəsində Fransız dili müəllimliyi, Fransız dili, Tərcümə, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində Fransaşünaslıq ixtisasının mövcud olduğunu qonağın diqqətinə çatdırdı.
Sonra qonaq universitet ilə yaxından tanış oldu. ADU-nun Filologiya və Jurnalistika, Pedaqoji (ingilis dili-fransız dili) və Tərcümə fakültələrinin dekanları ilə görüşdü. Dekanlar təmsil etdikləri fakültələr haqqında ətraflı məlumat verərək, ixtisaslaşma üzrə istiqamətlər, fransız dili üzrə təhsil alan tələbələrin sayı və dekanlığın digər fəaliyyətlərindən danışdılar.
Qonaq, həmçinin universitetin Fransız dili kafedrası ilə də tanış oldu. Professor-müəllim heyəti kafedranın fəaliyyəti və fransız dili üzrə tədris olunan fənlər haqqında məlumat verdilər.
Daha sonra Fabien Flori universitetdə fəaliyyət göstərən Jorj Sand adına Fransa məlumat mərkəzi ilə yaxından tanış oldu və III kurs tələbələrinin dərsində iştirak etdi. O, tələbələrə təşkilat haqqında ətraflı məlumat verdi. Qonaq, o cümlədən Frankofoniya Universitetlər Agentliyinə müraciət etmə proseduru haqqında danışdı.
Qeyd edək ki, ADU 2015-ci ilin may ayından Frankofoniya Universitetlər Agentliyi (L'Agence universitaire de la Francophonie) təşkilatının üzvüdür. Bununla yanaşı Frankofoniya Universitetlər Agentliyinin ADU-da açılması da gözlənilir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !