ASAN Könüllülər kuboku uğrunda ŞHK çempionatı keçirilmişdir - FOTO

“ASAN Könüllülər” kuboku uğrunda ŞHK çempionatı keçirilmişdir FOTO

8 noyabr Şən və Hazırcavablar gününə təsadüf edən ali təhsil müəssisələrini təmsil edən 7 komanda arasında “ASAN Könüllülər” kuboku uğrunda ŞHK çempionatı keçirilmişdir. Çempionat Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Asan Könüllülər və ŞHK Liqasının birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilmişdir.

İştirakçılar 4 mərhələ – salamlama, kapitanların yarışı, isinmə və video dublyaj üzrə qiymətləndiriliblər. “ASAN Könüllülər” klubu münsiflərin səsverməsi nəticəsində ən çox xal toplayib çempionatin qalibi olaraq kuboku əldə etmişlər.

Qeyd edək ki, çempionatın münsifləri BÇGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan ŞHK Liqasının rəhbəri Rəşad Əzizov, bəstəkar İsa Məlikov, teleaparıcı Emin Musəvi, “Parni iz Baku” komandasının üzvləri Yana Nikitina və İlqar Nəbiyev olmuşlar.

Azarkeşlərin böyük marağına səbəb olmuş maraqlı, məzmunlu ayrı -ayrı səhnəciklər komandaların xüsusi hazırlığının göstəricisi idi. Bu kimi layihələr gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual biliklərinin artırılması, ünsiyyət və istedadlarının üzə çıxarılması üçün çox vacibdir. Baş İdarə bu kimi layihələrə gələcəkdə də dəstək verəcəkdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !