ADU-da "Kütləvi informasiya sahəsində Azərbaycan-Çin əməkdaşlığı" mövzüsunda seminar keçirildi -

ADU-da "Kütləvi informasiya sahəsində Azərbaycan-Çin əməkdaşlığı" mövzüsunda seminar keçirildi

Noyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzi və İctimaiyyətlə əlaqələr Departamentinin təşkilatçılığı ilə Çində mətbuatın yaranması gününə həsr olunmuş "Kütləvi informasiya sahəsində Azərbaycan-Çin əməkdaşlığı" mövzüsunda seminar keçirildi.
Noyabr ayının 6- da Azərbaycan Dövlət Radiosu, 8 –də isə Çində Jurnalistikanın yaranması günü olduğunu bildirən Universitetin Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov dərin tarixi köklərə malik Azərbaycan-Çin münasibətlərindən danışdı, iki ölkə arasında əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. Mərkəz rəhbəri o cümlədən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri zamanı “Kino, radio və televiziya sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Republikası Teleradio Verilişləri Şirkəti və Çin Mərkəzi Televiziyası arasında əməkdaşlıq haqqında” kütləvi informasiya sahəsində imzalanmış razılaşmaların iki ölkə arasında əməkdaşlığın inkişafında böyük rol oynadığını bildirdi. R.Abbasov Çin dili və mədəniyyəti mərkəzinin ölkələrarası münasibətlərin inkişafında əhəmiyyətini qeyd etdi.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Türkan Rüstəmova tədbir iştirakçılarına AzərTac haqqında ətraflı məlumat verdi. O, agentliyin yaranması, tarixi haqqında danışdı və təmsil etdiyi saytda rəsmi xəbərlərin Çin dilində də yayımlandığını bildirdi.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin mətbuatının tarixi, hazırkı vəziyyəti və inkişaf perspektivləri, Çin cəmiyyətində jurnalistikanın rolu, ölkənin aparıcı xəbər agentlikləri, qəzetləri, həmçinin televiziya fəaliyyəti haqqında danışdılar.

Seminarda iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin İqtisadi Məsələlər üzrə müşaviri cənab Yuy tədbirdən iştirak etməkdən məmnun olduğunu bildirdi.
Qeyd edək ki, tədbridə Azərbaycanda fəaliyyət göstərən xəbər agentliklərinin nümayəndələri də iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !