Azərbaycan Xalça Muzeyi ndə İstedadlı Gənclərimiz İlhamla İrəli adlı tədbir keçirilib - FOTO

“Azərbaycan Xalça Muzeyi”ndə “İstedadlı Gənclərimiz İlhamla İrəli” adlı tədbir keçirilib FOTO

08.11.2015-ci il tarixdə saat 15:00-da Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə, “Zirvə Ziyalılar” təşkilatının 11 illiyi və təşkilatın gənclər birliyinin sədri Ləman Mirtalıblının “İstetadlı Gənclərimiz İlhamla İrəli” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar Elm xadimi Röya xanım Tağıyeva giriş sözü ilə açaraq bildirdi ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Müxtəlif səpkili tədbirlərə, sərgilərə, görüşlərə imza atan “Azərbaycan Xalça Muzeyi”nin növbəti təşəbbüsü, gələcəyimiz olan gənclərə dəstək olmaq, onların Vətənimizə layiq övladlar olması üçün yol göstərməkdir. Buna görə də hər dəfə bu sərgilərdə tanınmış ictimai xadimlər, rəssamlar, müxtəlif sənət, elm, mədəniyyət və siyasət adamlarının da iştirakı təşkil olunur. Onlar da mədəniyyətimiz- incəsənətimiz haqqında yetişən gəncliyi məlumatlamdırmağı və maarifləndirməyi özlərinə borc bilirlər. Belə tədbir və sərgilərilə Azərbaycan Xalça Muzeyi cəmiyyətimizdə maarifləndirmə və məlumatlandırma işlərini mütamadi aparır.
Tədbirdə “Zirvə” Ziyalılar təşkilatının rəhbəri Minayə xanım Dəyanət, qonaqları salamlayaraq təşkilatın yaranması və onun iş fəailiyyəti haqqında geniş danışaraq bildirdi ki, “Zirvə” Ziyalılar təşkilatının təsis olunduğu gündən əsas məqsədi dövlətimizin inkişafı və milli adət-ənənələrimizin qorunmasına, hər bir vətəndaşımızın intellektual səviyyəsinin yüksəldilməsinə çalışmaq, uşaq evlərinə, əlil və tənha qocalar evlərinə, kimsəsizlərə, hərbi hissələrə və digərlərinə mənəvi-maddi yardım göstərmək, yaradıcı insanların, ziyalıların yubiley tədbirlərini, sərgilərini keçirmək, qədim tarixə və mədəniyyətə mənsub xalqımızın aid olduğu irsin və dəyərlərin yaşadılmasına xidmət etməkdir.
Daha sonra Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul, uzun illər Azərbaycan radiosunda çalışan peşəkar diktor, Azərbaycan Respublikasının əməkdar aristi Eldost Bayram, “Zirvə” Ziyalılar təşkilatının gənclər birliyinin sədri və “İstetadlı Gənclərimiz İlhamla İrəli” adlı kitabının müəllifi Ləman Mirtalıblı, Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin müdiri Azər Abdullayev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, Xətai rayonu incəsənət məktəbinin müəllimi Xəyalə Yusifova və digər natiqlər çıxış edərək, bu cür tədbirlərin gələcək nəsillər üçün çox faydalı olacağından bəhs etmişlər.
Tədbirin maraqlı və mənalı keçməsi üçün təşkil olunan konsert proqramında Prezident mükafatçısı, Əməkdar Artist Fərqanə Qasımova və bir sıra gənc müğənilərin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirildi.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !