Sumqayıt Dövlət Dram teatrında Dövlət Bayrağı günü münasibəti ilə möhtəşəm tədbir keçirilib - FOTO

Sumqayıt Dövlət Dram teatrında Dövlət Bayrağı günü münasibəti ilə möhtəşəm tədbir keçirilib FOTO

Sumqayıt Şəhər Icra Hakimiyyəti Sumqayıt Dövlət Dram teatrında Dövlət Bayrağı günü münasibəti ilə möhtəşəm tədbir keçirib. Öncə foyedə Sumqayıt şagirdlərinin dövlətçilik düşüncələrini özündə əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Aparıcılar - SDDT-nin aktyorları əməkdar artist Ilahə Səfərova və Cəlal Məmmədov qonaqları salamladı və Bayraq gününün əhəmiyyətindən danışdılar.
Sumqayıt Şəhər Icra Hakimiyyətinin başçısı Zakir Fərəcov öz çıxışında şərəf və ləyaqət mənbəyimiz, milli qürur rəmzimiz olan Azərbaycan Bayrağının bu gün siyasi arenalarda, mötəbər idman yarışlarında əzəmətlə dalğalanmasından danışdı. Habelə, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Sovetində üçrəngli Azərbaycan Bayrağının təsdiq edilməsi üçün atdığı cəsarətli addımı xatırlatdı. Digər natiqlər bu milli məfkurə, şərəf və ləyaqət gününün əhəmiyyətindən danışdılar. Sonra hərbi forma geyinmiş Sumqayıt şagirdləri Azərbaycan Bayrağını səhnəyə gətirdilər
Sonda tədbirin bədii hissəsi keçirildi. Tanınmış sənətkarlar - Mənsum Ibrahimov, Tünzalə Ağayeva, Ədalət Şükürov və başqaları musiqi çələngini təqdim etdilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !