Asiya ölkələrinin mobil oyunlara xərclədiyi məbləğ məlum olub -

Asiya ölkələrinin mobil oyunlara xərclədiyi məbləğ məlum olub

“SuperData” analitik şirkətinin hesabatına görə, Çin, Yaponiya və Cənubi Koreya istifadəçiləri 2015-ci ildə mobil oyunlara 14 milyard dollar xərcləyib.

Yatırılan məbləğ üzrə lider Yaponiya olub. Belə ki, 132 milyon yapon 6,2 milyard dollar xərcləyib ki, bu da ABŞ sakinlərinin sərf etdiyi məbləğdən çoxdur. Bu il Çində 785 milyon mobil oyun istifadəçisi "iOS” və “Android” platformalı oyunlara 5,2 milyard dollar xərcləyib. Liderlər üçlüyünü 1,3 milyard dollar sərf edən Cənubi Koreya tamamlayır.

Hazırda Hindistan mobil oyunlar bazarında ən sürətlə inkişaf edən bazar hesab olunur. Hindistan istifadəçiləri oyunlara 416 milyon dollar xərcləyib, lakin artıq 2018-ci ilədək bu rəqəmin 1,2 milyard dollaradək artması gözlənilir.
Asiyada ən populyar əməliyyat sistemi “Android” olaraq qalır. Cənubi Koreya və Çində "Android” istifadəçilərinin mobil oyunlardan mədaxili 73 faiz təşkil edir, - “Qazeta” yazır.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !