Sumqayıt rəsm qalereyası İstedad sorağında -

Sumqayıt rəsm qalereyası “İstedad sorağında”

Sumqayıt Dövlət Rəsm Qalereyası 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan “İstedad sorağında” adlı rəsm müsabiqəsi təşkil edib. Müsabiqənin keçirilməsində məqsəd orta məktəblərlə əlaqə yaratmaq, istedadlı, yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxartmaq, onlarda Vətənə sevgi aşılamaqdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Sumqayıt 27 nömrəli tam orta məktəbin, Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin, Ekoloji Tərbiyə və Təcrübə Mərkəzinin, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin 8-12 və 14-16 yaş qrupları arasında 176 şagirdi iştirak edib. Sərgidə gənc rəssamların müxtəlif janrlarda (natürmort, mənzərə, akvarel və s.) işlədiyi rəsm işləri nümayiş olunub.

Münsiflər heyəti tərəfindən qalib seçilən məktəblilər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə Sumqayıt şəhər Olimpiya və İdman Kompleksinin gimnastı Məryəm Məmmədovann çıxışı və C.Cabbarlı adına Mədəniyyət Evinin rəqs kollektivinin ifasında səslənən musiqi nömrələri maraqla qarşılanıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !