Şəmkir Sərhəd Dəstəsinin Burunqovaq və Qazangöl sərhəd zastavası kompleksləri xidməti istifadəyə verilib - FOTO

Şəmkir Sərhəd Dəstəsinin “Burunqovaq” və “Qazangöl” sərhəd zastavası kompleksləri xidməti istifadəyə verilib FOTO

Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub. Azərbaycan Sərhəd Mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının dövlət sərhədinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qısa müddət ərzində yüksək keyfiyyətlə həyata keçirilmiş əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra Şəmkir Sərhəd Dəstəsinin “Burunqovaq” və “Qazangöl” sərhəd zastavası kompleksləri noyabrın 6-da xidməti istifadəyə verilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a məlumat verilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək şəxsi heyəti təbrik ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd strategiyasının uğurla realizə edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən xüsusi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması qeyd edilib, yeni istifadəyə verilən sərhəd zastavalarının bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanıb.

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Samux Rayon İcra Hakimiyyəti tərəfindən sərhəd zastavalarına qiymətli hədiyyələr təqdim edilib.

General-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavası komplekslərində yaradılan şəraitlə tanış olub. Hasara alınmış sərhəd zastavası komplekslərinin yolları təmir edilib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Ən müasir tələblərə cavab verən sərhəd zastavalarında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, xüsusi təyinatlı otaqlar, təlim şəhərcikləri, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxanalar, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, zabit və gizirlər üçün yeni tikilmiş, zəruri mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüşüb. Yerli sakinlər yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı verdikləri dəstəyə görə sərhədçilərə təşəkkür edərək, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşlarla görüşlərindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !